EN

Özləri toy edir, evləri yanır

Cəlilabad rayonunda evdə yanğın başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Əldə etdiyimiz məlumata görə, yanğın olan ev sahibinin övladının bu gün şadlıq saraylarının birində toy məclisi keçirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Chosen
111
2
cebheinfo.az

10Sources