EN

Həlak olan gənc pilotun yazdığı son sözlər hər kəsi KÖVRƏLTDİ FOTO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İzmirdə təlim uçuşu faciə ilə nəticələnib.Avtosfer.az xəbər verir ki, Türk Hava Qurumlarına (THK) məxsus iki nəfərlik Cessna-172 tipli təyyarə bu gün səhər saatlarında Səlcuq hava limanından qalxdıqdan sonra Torbalının Kırbaş məhəlləsində qarğıdalı sahəsinə çırpılıb.

Qəza nəticəsində təyyarədə tək olan 31 yaşlı pilot kursant Berfu Hatipoğlu həyatını itirib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Faciədən təxminən 14 saat əvvəl Hatipoğlunun sosial şəbəkədə paylaşım etdiyi son foto izləyiciləri kövrəldib. Fotoya yazılan “Kim biləydi ki, bu onun son şəkli olacaq?” şərhləri böyük hüzn yaradıb. Minlərlə insan pilotun ailəsinə və yaxınlarına başsağlığı diləyib.

İzmir Valiliyindən verilən bəyanatda deyilir:"Səhər saatlarında Səlcuq hava limanından havaya qalxan Türk Hava Qurumlarına məxsus təlim təyyarəsi Torbalı rayonunun Kırbaş bölgəsində qəzaya uğrayıb. İlkin araşdırmalar nəticəsində 1994-cü il təvəllüdlü pilot Berfu Hatipoğlunun həlak olduğu müəyyən edilib."

Hadisə Türkiyə ictimaiyyətində və sosial mediada dərin kədər doğurub.(Medianews.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
85
avtosfer.az

1Sources