ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Karvan-Yevlax - Qarabağ (Ağdam) 0:2 (0:1)1. Kamran İbrahimov - 5,54. Olavale Doyeni - 5,532. Elvin Yunuszadə (k) - 4,03. Said İranxan - 5.537. Mois Nqvisani - 5,06. Vadim Abdullayev - 5,577. Əli Abdullayev - 5,542. İbrahim Qədirzadə - 5,5(10. Samuel Durrant, 63) - 5,08. Peter Kinqs - 6,0(12. Vitor Roşa, 77) - qiymətsiz19. Tompson Qavi - 5,514. Uğur Cahangirov - 5,5(11. Kayl Spens, 84) - qiymətsizEhtiyat oyunçular25. Əmrah Bulud15. Rəhman Şabanov33. Eltun Turabov18. Süleyman Əhmədov13. Vüsal Məsimov22. Qabil Əlizadə2. Şakil Sno21. İmani BarkerBaş məşqçi: Azər HəşimovKomansanın ən yaxşısı: Peter Kinqs1. Şahruddin Məhəmmədəliyev - 6,030. Abbas Hüseynov - 5,5(17. Kamilo Duran, 59) - 6,03. Sami Mmae - 6,055. Bədavi Hüseynov - 5,518. Dani Bolt - 6,06. Kris Kuaku - 5,5(35. Pedro Bikalyo, 89) - qiymətsiz32. Hikmət Cəbrayılzadə - 5,5(20. Kadi Borges, 59) - 6,527. Toral Bayramov - 5,511. Emmanuel Addai - 7,521. Aleksey Kaşuk - 6,022. Musa Qurbanlı - 6,0(90. Nəriman Axundzadə, 89) - qiymətsizEhtiyat oyunçular99. Mateuş Koxalski97. Fabian Buntiç13. Bəhlul Mustafazadə44. Elvin Cəfərquliyev10. Abdulla Zubir8. Marko Yankoviç2. Mateus SilvaBaş məşqçi: Qurban QurbanovKomandanın ən yaxşısı: Emmanuel AddaiQollar: E.Yunuszadə, 11-öz qapısına (0:1). E.Addai, 72 (0:2, K.Borges).Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev (hamısı Bakı).VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).Hakim-inspektor: Şahin Cəfərov (Bakı).AFFA nümayəndəsi: Bəhram Qurbanov (Bakı).31 avqust. Şamaxı. Şəhər stadionu. 800 tamaşaçı (2200 yerlik).Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.Oyunun qiyməti: 5,5.Nə qədər qəribə olsa da, oyundan əvvəl “Qarabağ” turnir cədvəlində yanlız “Kəpəz”dən irəlidə idi. “Karvan-Yevlax” isə ilk iki oyundan sonra dörd xal toplamışdı. Məğlubiyyətin nə olduğunu bilməyən yevlaxlılar bu oyuna da yaxşı hazırlaşmışdı. Oyunda ilk təhlükəli vəziyyət start fitindən cəmi 4 dəqiqə sonra yarandı. Addainin qapı qarşısına ötürməsindən sonra Kaşuk iki futbolçunu keçdi, amma zərbəsini Kamran dəf etdi. Qayıdan topu Toral qapıya yönəltsə də, Əli boş qapıdan çıxardı. 11-ci dəqiqədə Addai yenə cinahla irəlilədi və yenə qapı qarşısına təhlükəli ötürmə verdi. Bu dəfə təcrübəli Elvin topu çıxarmaq istəyərkən səhvə yol verdi və hesab açıldı. 23-cü dəqiqədə Kinqs gözəl hərəkətlə illərin təcrübəsi Bədavini geridə qoyaraq, qapı qarşısına ötürmə verdi, amma Uğur topu qapıdan keçirə bilmədi. 7 dəqiqə sonra nominal meydan sahibləri növbəti dəfə təhlükə yaratdı. Vadimin akrobatik tullanışla zərbəsindən sonra top dirəyə dəydi. Hissənin davamı qonaqların dominantlığı şəraitində davam etdi. Hansısa təhlükə də yaranmadı. 2-ci hissədə isə ilk təhlükəli vəziyyəti yevlaxlılar yaratdı. 52-ci dəqiqədə Nqvisani uzaqdan qapını yoxladı, Şahruddin yerində idi. 60-cı dəqiqədən sonra Qurbanov əsas oyunçularından bəzilərini, həmçinin yeni transfer Duranı meydana buraxdı. 70-ci dəqiqədə Kadinin qapı qarşısına ötürməsini tamamlayan Addai fərqi artırdı. “Karvan-Yevlax” bu mövsüm çempionatda ilk dəfə uduzdu, “Qarabağ” isə ilk qələbəsini qazandı.Gözdən qaçmadı* Bədavi və Musa qadın hakimlə görüşmədi.* Medina ilə şəkil çəkdirə bilməyən azyaşlı “Qarabağ” azarkeşi ağladı.* Oyundan sonra “İmarət Tayfa” futbolçuları çağırıb birlikdə bəstə oxudu.MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.