EN

Azpulmat kimi tətbiqlər vətəndaşı məhkəməyə verə bilərmi? Vəkildən AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Azpulmat", "Manato" və.s kimi onlayn pul təcili təklif edən tətbiqlərdən son zamanlar şikayətlər artıb. Vətəndaşlar yüksək faizlərdən narazıdır. Eyni zamanda bir neçə vətəndaşa bu adla zəng vuraraq, təcili pulu ödəmədikləri halda məhkəməyə veriləcəklərini bildiriblər. Məsələ ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu cür tətbiqlər az miqdarda olan məbləğləri də yüksək faizlə verirlər:"Az məbləğdə pul verdikləri üçün məhkəməyə getmək onlara sərf etmir. Faizi yüksək tuturlar ki, ödəyə bilənlər onsuz da ödəyəcək və gəlir əldə edəcəklər. Müqavilə imzalanıbsa, məhkəmə qərar çıxaracaq ki, borc ödənilməlidir. Vətəndaşın hansısa gəliri, əmlakı varsa, onlar hesabına ödəniş olunacaq. Qanun faizi heç nə ilə məhdudlaşdırmır. İstənilən qədər faiz tətbiq oluna bilər".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
64
1
demokrat.az

2Sources