Azərbaycan çempionu "Qarabağ"la “Deloitte Azərbaycan” arasında anlaşma memorandumu imzalanacaq.
Fanat.Az xəbər verir ki, tədbir sentyabrın 5-də Suraxanı qəsəbəsində yerləşən “Azersun Arena”dakı təlim-məşq bazasında təşkil olunacaq.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
İmzalanma mərasimi saat 15:00-da başlayacaq. Media nümayəndələri tədbirə dəvətlidir.