EN

Dələduzluğa məruz vətəndaşdan Vilayət Eyvazova - Müraciət

Azəraycanda son illər ev tikib satan şəxslərlə (maklerlər) bağlı şikayətlər çoxalmaqdadır...

Vətəndaşı inandıraraq onlara ev tikəcəyi sözünü verib pulunu alaraq aldadan maklerlərin sayı artmaqdadır.

Belə bir probeləmlə üzləşən vətəndaşlardan biri də vətəndaş İbrahimova Azelma Güloğlan qızdır. Şikayətçi Azelma İbrahimova saytımız vasitəsilə Daxili İşlər Naziri Vilayət Eyvazovdan kömək istəyir.

Azelma İbrahimovanın nazir Vilayət Eyvazova müariətini təqdim edirik.

Cənab nazir, mən Bakı şəhər Nizami rayonunda kirayə yaşayan İbrahimova Azelma Güloğlan qızı 2023-cü ildə Xətai rayon NSZ qəsəbəsində ev almaq adı ilə Sərdar İmanov adlı şəxs tərəfindən dələduzluğa məruz qalmışam. Belə ki, ev alqı-satqısı və tikintisi ilə məşğul olan İmanov Sərdar Alay oğlu 2023-cü ildə mənə Xətai rayon NSZ qəsəbəsində ev tikəcəyi sözünü verərək, məndən ilkin olaraq 12 (on iki) min manat, ümumi olaraq 20 (iyirmi) min manat pul alıb. Əlimdə Sərdar İmanova pul verməyimlə bağlı videogörüntü mövcuddur. Sərdar İmanovla razılaşmamıza görə ev tikilib başa çatdıqdan sonra yerdə qalan vəsaiti ödəyəcəm.

Cənab nazir Sərdar İmanov evimin tikildiyinə məni inandırmaq üçün bir neçə dəfə Xətai rayon NZS qəsəbəsində tanımadığım tikilini göstərdi. Ancaq bir müddət sonra aldadıldığımı gördükdən sonra Sərdar İmanovdan pulumu geri istədim. Ancaq Sərdar İmanov vətəndaşdan aldığı 20 min manat pulun üstündən 2 il keçməsinə baxmayaraq müxtəli bəhanələrlə pulumu qaytarmaqdan imtina edir.

Cənab Vilayət Eyvazov himayəmdə az yaşlı xəstə övladım və ankaloji xəstə anam var. Sizdən bir vətəndaş kimi, bir ana kimi xahiş edirəm İmanov Sərdar Alay oğlunun dələduzluğuna qarşı tədbir görülməsinə göstəriş verəsiniz.

Hörmətlə İbrahimova Azelma Güloğlan qızı
Bakı şəhəri, Nizami rayon, Qara Qarayev 66, mənzil 25
Əlaqə nömrəm: (050) 882-13-98 (azfakt)

Poliqon.info

Chosen
240
poliqon.info

1Sources