EN

Fransa məhkəməsi Bəşər Əsəd barəsində həbs orderi verdi

Fransa

Fransanın məhkəmə orqanları avqust ayında Suriya rəsmilərinə, o cümlədən keçmiş dövlət başçısı Bəşər Əsədə qarşı həbsi orderi verib. Bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.Xəbərə görə, iş 2012-ci ildə Suriyada bir sıra qərb jurnalistlərinin həlak olması və yaralanması ilə bağlı aparılan istintaqla əlaqəlidir.“13 illik araşdırmadan sonra Paris məhkəməsinin insanlığa qarşı cinayətlər şöbəsinin müstəntiqləri yeddi keçmiş yüksək vəzifəli suriyalı rəsmi barəsində həbs orderi verib,” – deyə materialda bildirilir.Jurnalistlərin sözlərinə görə, sözügedən media nümayəndələri Homs şəhərindəki mətbuat mərkəzinə edilən hücumun qurbanı olublar. O dövrün Suriya hakimiyyəti bu hücuma görə məsuliyyət daşımaqda ittiham olunur. AFP dəqiqləşdirir ki, söhbət Bəb-Əmr rayonunda yerləşən “qeyri-rəsmi mətbuat mərkəzindən” gedir.Ulusum.az

Diqqət Çəkənlər

Tramp: Tarixdə heç kim mənim etdiyimi etməyib

Kağız üzərində emosiyalar – psixoloqdan maraqlı məsləhət

Trampın ruhani məsləhətçisi nigaranlıq dolu müraciətlə çıxış etdi

Chosen
58
ulusum.az

1Sources