EN

Mourinyu 4 ildən sonra Premyer Liqaya qayıdır

Joze Mourinyu 4 illik fasilədən sonra Premyer Liqaya qayıda bilər.

Fanat.Az xəbər verir ki, ötən həftə "Fənərbağça"dan qovulan portuqaliyalı “Vest Hem”in baş məşqçisi postuna əsas namizəddir. 

Məlumatı "The West Ham Way" yayıb. Xəbərə görə, hazırda komandaya başçılıq edən Qrem Potterin rəhbərliyi altında Premyer Liqanın ilk 3 turunda 3 xal qazanan londonlular onu istefaya göndərməyə hazırlaşır. Potter istefa verərsə, “Vest Hem” rəhbərliyi Mourinyunu baş məşqçi postuna gətirəcək.

Mourinyu artıq Premyer Liqada “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb.

Mirağa

Chosen
65
1
fanat.az

2Sources