İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi, general‑leytenant Eyəl Zamir bildirib ki, ölkə silahlı qüvvələri Qəzza zolağında quru əməliyyata başlayıb.
Baş nazir Benyamin Netanyahu ehtiyat hərbçilərə ünvanladığı videomüraciətdə bildirib: “İsrail ordusunun əsgərlərinə, ehtiyatda olan hərbçilərə və ailələrinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Hazırda biz həlledici mərhələdəyik. Mən sizə inanıram, sizə güvənirəm və bütün xalq sizi dəstəkləyir,” — deyə ifadə edib.