EN

Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Sentyabrın 3-də saat 08:00-dan etibarən Xəqani küçəsi ilə Bülbül prospekti istiqamətində aparılacaq asfalt bərpa işləri ilə əlaqədar olaraq, günün müəyyən saatlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

İdman.biz xəbər veir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

Qeyd edək ki, bu məhdudiyyətlər sentyabrın 19-21-də keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.

Daha əvvəl Bakı Şəhər Halqası Bakının "Azneft" dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar sentyabr 2-si saat 23:00-dan etibarən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacağını bildirmişdi.

Bakı Şəhər Halqası sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirir.

İdman.biz

Chosen
128
49
idman.biz

10Sources