EN

Böyük Britaniyada xarici tələbələrə xəbərdarlıq edilib

Bakı. Trend:

Böyük Britaniyada on minlərlə xarici tələbəyə hökumət tərəfindənxəbərdarlıq olunub ki, vizalarının müddəti bitdikdən sonra ölkədəqaldıqları halda deportasiya ediləcəklər.

Trend BBC-yəistinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi yeni hökumətkampaniyasını tələbə vizası ilə ölkəyə daxil olub müddət bitdikdənsonra sığınacaq üçün müraciət edənlərin sayındakı təhlükəli artımsəbəbilə başlatdığını bildirib.

Nazirlik ilk dəfə olaraq xarici tələbələrlə birbaşa SMS vəelektron poçt vasitəsilə əlaqə saxlayıb.

Daxili işlər naziri İvet Kuper açıqlamasında bəzi tələbələrinsığınacaq üçün müraciət etdiyini, halbuki onların ölkəsindəvəziyyətin dəyişmədiyini vurğulayıb.

Rəsmi məlumatlara görə, iyun ayına qədərki bir il ərzindəsığınacaq müraciətlərinin təxminən 13 faizi, yəni 14 min 800müraciət, Böyük Britaniyada təhsil vizası ilə olan şəxslərtərəfindən edilib. Ən çox müraciət 5 min 700 nəfər olmaqla Pakistanvətəndaşlarından gəlib. Sonrakı yerləri Hindistan, Banqladeş vəNigeriyadan olan tələbələr tutub.

Nazirlik bildirib ki, tələbə vizası sahiblərinin sığınacaqmüraciətləri əvvəlki illə müqayisədə azalsa da, bu göstərici2020-ci illə müqayisədə demək olar ki, altı dəfə artıb. Bununlayanaşı, neçə nəfərin vizasından artıq qaldıqdan sonra sığınacaqüçün müraciət etdiyi açıqlanmayıb.

Chosen
28
9
az.trend.az

10Sources