EN

Elşad Məmmədova yüksək vəzifə verildi

İqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədova yüksək vəzifə verilib.

Publika.az xəbər verir ki, bu barədə Elşad Məmmədov öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Böyük etimad göstərilərək Odlar Yurdu Universitetinin prorektoru vəzifəsinə təyin edildim. Buna görə, universitetin rektoru, professor Əhməd Vəliyevə və İdarəetmə şurasının sədri, professor, millət vəkili Samir Vəliyevə dərin təşəkkürümü bildirirəm”, – Elşad Məmmədov yazıb.

Chosen
48
6
publika.az

7Sources