EN

Naxçıvanda aksiz markası olmayan tütün məmulatlarının satışını təşkil edən şəxslər saxlanılıblar

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yaşlı Fərhad Əliyev, Ağalar Əliyev, 28 yaşlı Əhliman Səfərov, 34 yaşlı Heydər Qurbanov və 62 yaşlı Nazim Novruzovun xarici ölkədən qanunsuz yollarla gətirilmiş, üzərində aksiz markası olmayan 40 min manat dəyərində 25 min qutu tütün məmulatlarını satışa çıxardıqları müəyyən olunub. Həmin şəxslər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Chosen
37
21
herbiand.az

10Sources