EN

“Qalatasaray”ın yeni transferi bu gün İstanbulda olacaq

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin “Qalatasaray” klubunun “Mançester Siti”dən transfer etdiyi İlkay Gündoğan İngiltərədən ayrılıb.

Hafta.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, türkəsilli almaniyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün bu gün İstanbulda olacaq.

34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, İlkay Gündoğan Almaniyanın “Borussiya” (Dortmund) və İspaniyanın “Barselona” komandalarında da çıxış edib.

Chosen
12
3
hafta.az

4Sources