EN

Əfqanıstanda zəlzələ qurbanlarının sayı artdı

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1411 nəfərə, yaralıların sayı isə 3124 nəfərə çatıb.

Far.Az xəbər verir ki, bu barədə Talibanın sözçünün müavini Həmdullah Fitrət məlumat verib.

Bildirilib ki, zəlzələdən zərər çəkmiş bütün ərazilərdə xilasetmə işləri davam edir.

***12:28

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1124 nəfərə çatıb.

Far.Az xəbər verir ki, "Reuters" bu barədə Əfqanıstan Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.

Bildirilib ki, ilkin məlumatlara görə, təxminən 3251 nəfər xəsarət alıb.

Xatırladaq ki, sentyabrın 1-nə keçən gecə Əfqanıstanda 6,0 bal gücündə zəlzələ baş verib. Təbii fəlakətin episentri Pakistan sərhədi yaxınlığında, Cəlalabad şəhərindən 27,3 kilometr (17 mil) aralıda qeydə alınıb. Əfqanıstan Səhiyyə Nazirliyi bildirib ki, zəlzələnin ocağı çətin əldə edilən dağlıq ərazidə yerləşdiyinə görə, qurbanların sayı barədə tam məlumat əldə etmək üçün vaxt lazımdır.

Daha sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əfqanıstanın şərqində baş vermiş güclü zəlzələdən zərər çəkmiş insanlara axtarış-xilasetmə işləri aparmaq və yardım göstərmək üçün ölkəyə xilasedicilər qrupu göndərib. Bundan əlavə, Əmirliklər Əfqanıstana ərzaq, dərman, çadırlar və digər zəruri əşyalar da daxil olmaqla humanitar yardım göndərib.

Chosen
13
3
far.az

4Sources