ain.az bildirir, Missiya.az saytına əsaslanaraq.
Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Hindistanın Baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putin dostluq görüntüləri paylaşıblar. İkisi birlikdə maşına minib və bu, ABŞ Prezidenti Donald Trampa çağırış kimi şərh edilib.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, ABŞ mətbuatı bu görüntüləri “Putinin limuzin diplomatiyası” adlandırıb.
Bildirilib ki, hər iki şəxs Rusiya liderinin şəxsi avtomobilində bir saata yaxın söhbət edib. Daha sonra Şanxay Zirvəsinə birlikdə gediblər.
Liderlərin bu səmimiliyi ABŞ Prezidenti Donald Trampa meydan oxuma kimi şərh edilib, çünki Tramp Rusiyaya tətbiq edəcəyi ikinci dərəcəli sanksiyalar üçün Hindistanı hədəfləyir. ABŞ tariflər vasitəsilə Yeni Dehlinin Moskvadan neft idxalını dayandırmağa çalışır.
Bu səmimi kadrlardan sonra Tramp özünün "Truth Social" hesabında yazıb və Yeni Dehli ilə ticarət əlaqələrini “tamamilə birtərəfli fəlakət” adlandırıb.
İlahə QənbərliMissiya.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.