Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Nestle" şirkətinin CEO-su Laurent Freixe iş yerindəki birbaşa tabeçiliyində olan əməkdaşı ilə gizli münasibətə görə vəzifəsindən azad edilib. Şirkətin rəhbərliyi bu davranışın "Nestle"nin iş etikası qaydalarını pozduğunu bildirib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Laurent Freixe 1986-cı ildən şirkətdə fəaliyyət göstərərək, 2024-cü ilin sentyabrında CEO vəzifəsinə təyin olunmuşdu. Lakin, 2025-ci ilin sentyabrında, rəhbərlik tərəfindən aparılan araşdırma nəticəsində, birbaşa tabeçiliyində olan əməkdaşı ilə gizli münasibəti aşkarlanıb.
Şirkət Freixe-nin işdən çıxarılmasını "zəruri qərar" olaraq qiymətləndirib və onun şirkətdəki xidmətlərinə görə təşəkkür edib.
Freixe-nin yerinə şirkətdə 2001-ci ildən fəaliyyət göstərən Philipp Navratil təyin edilib. Navratil, son olaraq Nespresso bölməsinin rəhbəri olub və əvvəllər Nescafé və Starbucks markalarının qlobal strategiyasını idarə edib.
İsmayıl
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.