EN

Emin Rusiyada silsilə konsertlər verəcək

Azxeber.com portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tanınmış müğənni və biznesmen Emin Rusiyanın bir neçə şəhərində konsert proqramları ilə çıxış edəcək.

AZXEBER.COM xəbər verir ki, Emin bu barədə sosial media hesabında məlumat verib.

O, bildirib ki, noyabrın 23-də Rusiyanın Naberejnıe Çelnı şəhərində təşkil ediləcək konsertlə yeni mövsüm açılışını edəcək.

Eminin Rusiyadakı növbəti konsertləri noyabrın 24-də İjevsk, noyabrın 25-də Kirov, noyabrın 26-da Nijni Novqorod, dekabrın 2-də isə Moskvada olacaq.

Xalq artisti dekabr ayının6-da isə Bakıda konsert verəcək.

Xatırladaq ki, Emin daha öncə Rusiya və Azərbaycan arasında münasibətlərin gərginləşməsi səbəbindən Svetloqorsk şəhərində baş tutacaq konsertini təxirə salmışdı. 

Aysel

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
66
8
azxeber.com

9Sources