EN

Ramzan Kadırova qarşı ittiham irəli sürülüb

Çeçenistan lideri Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb.

News365.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Təhlükəsizlik Xidmətinin müstəntiqləri qiyabi olaraq Kadırova Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsi (“Müharibə qanunlarını və adətlərini pozma” – red.) ilə şübhəli olduğunu bildiriblər”, - məlumatda deyilir.

Bundan əvvəl, 2022-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti Ramzan Kadırov barəsində axtarış elan etmişdi. Bunu Ukrayna xüsusi xidmətinin məlumat bazası da sübut edir.

Chosen
113
2
news365.az

3Sources