EN

Avqustda Kliniki Tibbi Mərkəzə 94 nəfər zəhərlənmə ilə müraciət edib

ain.az, Dogru.az saytına istinadən bildirir.

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 94 nəfər zəhərlənmə səbəbi ilə qəbul olunub.

Doğru.az xəbər verir ki, KTM-in mətbuat xidmətindən bildirilib ki, xəstələrdən 30 nəfəri dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənib. Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm səbəbindən şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənənlərdən 2 qadın və 2 kişi olmaqla 4 nəfər dünyasını dəyişib. Ölüm halları sirkə turşusu zəhərlənmələri nəticəsində qeydə alınıb.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
63
1
dogru.az

10Sources