EN

Çexiyanın keçmiş baş naziri hücuma məruz qaldı


Çexiyanın keçmiş baş naziri Andrey Babiş rəhbərlik etdiyi müxalif NVA (Narazı vətəndaşların aksiyası) siyasi hərəkatının seçkiqabağı mitinqində hücuma məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi partiyanın mətbuat katibi Martin Vodiçkaya istinadla məlumat yayıb.
“Andrey Babiş seçkiqabağı mitinq zamanı hücuma məruz qalıb. Kimsə onun başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra o, tibbi yardım üçün xəstəxanaya aparılıb”, - mətbuat katibi bildirib.
“Novinky” xəbər portalı isə öz növbəsində hadisənin respublikanın şimal-şərqindəki Dobra kəndində baş verdiyini bildirib.
Chosen
61
2
yeniavaz.com

10Sources