EN

Maduro: "Venesuela son 100 ildə ABŞ tərəfdən ən böyük işğal təhlükəsi ilə üz-üzədir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Venesuela Prezidenti Nikolas Maduro ölkənin son 100 ildə ABŞ tərəfdən ən böyük işğal təhlükəsi ilə üz-üzə olduğunu bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.
"1200 raketi olan 8 döyüş gəmisi və bir nüvə sualtı qayığı ölkəmizə yönəlib", - deyə Maduro vurğulayıb.
Venesuela lideri işğal təhlükəsini "həddindən artıq, əsassız və tamamilə cinayət" adlandırıb.
Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esmines narkotik kartellərlə mübarizə əməliyyatları aparmaq üçün Karib dənizinin cənubuna göndərilib.
Chosen
110
10
oxu.az

10Sources