Ukrayna Prezidenti Vladimir Zelenski və NATO-nun Baş katibi Mark Rutte arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, Zelenski bu barədə öz X hesabında məlumat verib.
"Biz atdığımız addımları koordinasiya edirik. Biz bu payızda mövqelərimizi gücləndirmək üçün mümkün olan hər şeyi etməliyik", - deyə Zelenski bildirib.
Bundan əlavə, Ukrayna prezidenti Rutteyə göstərdiyi dəstəyə görə təşəkkür edib.