EN

Tanınmış jurnalist işdən ayrıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xəzər TV-nin baş redaktoru Nəcəf Həsənov uzun illər çalışdığı kanaldan ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Facebook" hesabında məlumat verib.
"Bu gündən etibarən Xəzər TV ilə yollarımı öz istəyimlə ayırdım. Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov və kollektivlə görüşüb, sağollaşdım. Təbii ki, çətin bir qərardır. Çünki bu doğma kanalda uzun illər fəaliyyət göstərərək, çoxsaylı çəkilişlərdə olmuşam. Lakin bir gün yeni qərarlar qəbul etməlisiniz. Və o gün bu gündür", - deyə Nəcəf Həsənov yazıb.
Chosen
51
oxu.az

1Sources