EN

Beyləqanda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla yanğını 55 yaşlı Natiq Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb.

Natiq Əliyev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Chosen
19
21
yeniazerbaycan.com

10Sources