EN

Venesueladan ABŞ a xəbərdarlıq

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Venesuelanın vitse-prezidenti və neft naziri Delsi Rodriqes ABŞ-a ölkəsinin sahillərindən və ərazisindən uzaq durması barədə xəbərdarlıq edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Karabobo əyalətində çıxış edən Rodriqes ABŞ hökumətinin Karib dənizinə hərbi gəmilər göndərərək düşmənçilik hərəkətləri etdiyini bildirib. Rodriges ABŞ-ın Venesuelanın nəhəng enerji resurslarını ələ keçirmək niyyətində olduğunu iddia edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Latın Amerikası narkotik kartelləri ilə mübarizədə ordunun artırılması və daha effektiv istifadə edilməsi barədə sərəncam imzalamışdı.

Məhəmməd Tağıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
63
525.az

1Sources