EN

"Qalatasaray" daha bir ulduzu transfer edir: Razılıq əldə olundu - FOTO

"Qalatasaray"  "Manchester City"nin ulduz futbolçusu İlkay Gündoğanla anlaşma əldə edib.

Sarı-qırmızılılar, Almaniya millisinin də formasını geyinən 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayacaq. Razılaşmaya əsasən, Gündoğan hər mövsüm üçün 7 milyon avro məvacib alacaq.

Ulduz futbolçunun uçuş planı artıq müəyyənləşib. İlkay Gündoğan sentyabrın 2-si, səhər saatlarında İstanbula gələcək. O, tibbi müayinədən keçdikdən sonra klubla rəsmi müqaviləyə imza atacaq.

Bu mövsüm "Manchester City"nin heyətində 4 oyuna çıxan Gündoğan, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
102
27
milli.az

10Sources