EN

Kreml: Putin və Tramp arasında Zelenski ilə görüş barədə razılıq əldə olunmayıb

Alyaskada Rusiya və ABŞ arasında çoxlu qarşılıqlı anlaşma əldə olunub.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, ABŞ prezidentinin müşaviri Stiv Vitkoffun səfərləri Putin və Tramp arasında Alyaskada söhbətin əsası olub və bunun əsasında prezidentlər gələcək addımlar barədə razılaşıblar.

Uşakov bildirib ki, Putin və Trampın Ankoricdə keçirilən sammiti zamanı Rusiya və Ukrayna nümayəndə heyətlərinin səviyyəsinin artırılması ideyasına toxunulub.

Chosen
76
5
aznews.az

7Sources