EN

Azərbaycanda "Google", "Microsoft" və "OpenAI"nin mərkəzləri yaradıla bilər

Bakı. Trend:

Azərbaycanda gələcəkdə "Google", "Microsoft", "OpenAI" və digərşirkətlərin mərkəzləri, elmi-tədqiqat bazaları yaradıla bilər.

Trend xəbərverir ki, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bugün Bakıda keçirilən ICPC-nin 49-cu dünya finalının açılışmərasiminin kuluarlarında jurnalistlərə bildirib.

O bildirib ki, bu gün Bakıda keçirilən ICPC-nin 49-cu dünyafinalında 70 ölkədən 140 komanda iştirak edir:

"Bu tələbələr IT, kompüter elmləri sahəsinin ən aparıcı, ənəlaçı tələbələridirlər və gələcəkdə böyük şirkətlərdə işləyənmütəxəssislər - mühəndislər, proqramçılar olacaqlar.

Bu yarışmanın Azərbaycanda keçirilməsi, həm ölkəmizin imicinin,prestijinin inkişafına dəstək verəcək, həm də Azərbaycanda ITtexnologiyaların, kompüter elmlərinin, kompüter sənayesinininkişafına dəstək olacaq. Eyni zamanda, Azərbaycanda gənc nəsilproqramçıların yetişdirilməsinə, tərbiyəsinə və təhsilinə mühümtəsir göstərəcək".

"Bu yarışmanın gedişatına böyük şirkətlər - "Google","Microsoft", "OpenAI" və digərləri baxırlar, izləyirlər. Buradakışagirdləri, tələbələri işə götürürlər. Beləliklə, bu şirkətlərin dəAzərbaycanla əlaqələri güclənir. Azərbaycanda gələcəkdə həminşirkətlərin mərkəzləri, elmi-tədqiqat bazaları yaradıla bilər. Buda nəticədə ölkəmizdə IT sahəsinin inkişafına dəstək olacaq", -deyə F.İsmayılzadə vurğulayıb.

Chosen
71
5
az.trend.az

6Sources