BAKI, 1 sentyabr. TELEQRAF
Azərbaycan Prezidentinin 11 avqust 2025-ci il tarixli Sərəncamına uyğun olaraq, humanitar yardım bu gün Ukraynaya çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdalıyev "X" sosial media hesabındakı paylaşımda bildirib.
Səfir qeyd edib ki, humanitar yardım artıq təhvil verilib.