EN

Azərbaycanın mobil cihazlar bazraında "Samsung"un, "Xiaomi"nin, "Apple"ın və "Honor" un payı aylıq azalıb

Bu ilin avqust ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 26,54 % təşkil edib.

FED.az bu barədə "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir.

Bu, iyul ayına nisbətən 0,15 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 2,73 faiz bəndi azdır.

Növbəti sıradakı adları açıqlanmayan ("Unknown" adı ilə) payı  24,09 % olub. Bu brendlərin bazar payı aylıq müqayisədə 0,39 faiz bəndi azalsa dqa, illik müqayisədə 1,32 faiz bəndi artıb.

Üçüncü pillədəki "Xiaomi"nin bazar payı aylıq müqayisədə 0,23 faiz bəndi və illik müqayisədə 2,74 faiz bəndi azalıb. Nəticədə, avqust ayı üzrə şirkətin bazar payı 19,71 % təşkil edib.

Dördüncü pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq müqayisədə 0,26 faiz bəndi azalsa da, illik müqayisədə isə 1,46 faiz bəndi artım baş verib. Ümumilikdə avqust ayı üzrə bazar payı 18,52 % təşkil edib.

İlk beşliyi 4,34 %-lik bazar payı ilə "Honor" tamamlayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,18 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,05 faiz bəndi artıb.

Chosen
52
fed.az

1Sources