EN

Premyer Liqanın rekord transferi gerçəkləşəcək

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, “qırmızılar” “Nyukasl”dan Aleksander İsakla anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mersisayd klubu transfer üçün “sağsağanlar”a 130 milyon funt-sterlinq ödəyəcək. Bu, Premyer Liqa tarixinin ən bahalı keçidi olacaq.

İsakın bu gün tibbi müayinədən keçəcəyi gözlənilir.

Forvard ötən mövsümdə çempionatda 34 oyunda 23 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
47
futbolpress.az

1Sources