BAKI, 1 sentyabr. TELEQRAF
Aqrar Subsidiya Şurası 2026-cı il üçün subsidiya əmsallarını açıqlayıb.
Şuranın Qərarına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsiQaydaları”na uyğun olaraqişğaldan azad edilmiş kəndlərdə və qəsəbələrdə məskunlaşan və həmin yaşayış məntəqələrində yaşayan sakinlərə verilmiş torpaqlarda aparılan əkinlər üzrə əkin əmsalı və əkin subsidiyası bu birillik bitkilər və yonca əkinləri üzrə 50% artırılmaqla tətbiq ediləcək.