EN

Yasamalda müşavirə keçirildi Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sədrliyi ilə rayon icra hakimiyyətində müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, RİH-in rəhbər heyətinin, habelə Bələdiyyə və MKTB rəhbərlərinin iştirak etdiyi müşavirədə bir sıra cari məsələlər geniş müzakirə edilib.

Müşavirədə payız-qış mövsümünə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb, həmçinin “Konstitusiya və Suverenlik ili” çərçivəsində görüləcək işlərə xüsusi diqqət ayrılıb.

İclasda həmçinin yeni tədris ili və 44 günlük Vətən müharibəsinin başlanılmasının beşinci ildönümünə dair məsələlər müzakirə edilib.

Bununla əlaqədar Yasamal RİH başçısı Elşad Həsənov tərəfindən müvafiq tapşırıq və göstərişlər verilib. Müşavirədə müvafiq tədbirlərinin görülməsi ilə baglı vəzifəli şəxslər və qurumlar qarşısında konkret vəzifələr müəyyən edilib.Tədbirdə həmçinin rayonda aparılan abadlıq-quruculuq, kommunal xidmətlər, yaşıllaşdırma işlərinin mövcud vəziyyəti müzakirə olunub və bu işlərin sürətləndirilməsi tapşırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
1
qafqazinfo.az

2Sources