EN

“Fənərbaxça” “Mançester Siti”nin qapıçısını alır

“Mançester Sitinin qapıçısı Ederson karyerasını Türkiyə Super Liqasında davam etdirəcək. Braziliyalı qapıçı “Fənərbaxça” ilə razılığa gəlib.

"Cebheinfo.az" xəbər verir ki bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O bildirib ki, bu keçid üçün İstanbul təmsilçisi “Mançester Siti”yə 13 milyon avro ödəyəcək. Təcrübəli qapıçının “şəhərlilər”lə müqaviləsi 1 ildən sonra başa çatacaq. 

Qeyd edək ki, Braziliyalı ötən mövsüm bütün turnirlərdə 40 oyunda iştirak edib və 13 oyunda qapısını toxunulmaz saxlayıb.

"Cebheinfo.az" 

Chosen
14
2
cebheinfo.az

3Sources