EN

ŞƏT ölkələri tərəfdaş-dövlətlər statusu ilə bağlı qərar qəbul edib

Tiencin. Trend:

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətləri “müşahidəçi”və “dialoq üzrə tərəfdaş” statustlarının vahid “ŞƏT tərəfdaşı”statusuna birləşdirilməsi barədə qərar qəbul ediblər.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bu, sentyabrın 1-də Tiencin şəhərində baştutmuş ŞƏT üzv dövlətləri başçılarının toplantısının sonunda qəbulolunmuş Tiencin bəyannaməsində öz əksini tapır.

Üzv dövlətlər, həmçinin, 2024–2025-ci illərdə Çinin ŞƏT-dəkisədrliyinin nəticələrini yüksək qiymətləndiriblər. Onlarınsözlərinə görə, bu, üzv dövlətlərin xalqları arasında qarşılıqlıanlaşmanın, etimadın, dostluğun və əməkdaşlığın dərinləşməsinə,eləcə də, təşkilatın nüfuzunun möhkəmlənməsinə töhfə verib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan ŞƏT-də müşahidəçi ölkəstatusu almaq üçün müraciət edib. Hazırda ölkə təşkilatın dialoqüzrə tərəfdaşı qismində çıxış edir.

Chosen
12
az.trend.az

1Sources