EN

Çin liderindən Azərbaycan açıqlaması: Dəstəkləyirik

BAKI, 1 sentyabr. TELEQRAF

“Çin Şanxay Əməkdaşlıq Təşkilatının maliyyə cəhətdən daha da inkişaf etdirilməsinə dəstək verəcək”.

Teleqraf xəbər verir ki, bunu Çin Sədri Si Cinpin sentyabrın 1-də ŞƏT-in Tiancin şəhərində keçirilən sammitində deyib.

“Təkcə bu il Çin ŞƏT-ə üzv olan ölkələrə 2 milyard yuan qrant verəcək. Növbəti üç il ərzində Çin ŞƏT-in Banklararası Assosiasiyasının üzvlərinə 10 milyard yuan yeni kreditlər verəcək”, - Çin lideri bildirib.

Si Cinpin Azərbaycan və Ermənistanın təşkilata mümkün üzvlüyünə toxunaraq qeyd edib:

“Çin Azərbaycan və Ermənistanın ŞƏT-ə daimi üzv kimi üzvlüyünü dəstəkləyir. Bu ölkələr hazırda Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusuna malikdir”.

Chosen
128
3
teleqraf.com

4Sources