Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatına növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, onun çıxış etdiyi "Motor" 7-ci turda "Qurnik"lə qarşılaşıb.
Matçın taleyini bir qol həll edib. Renatın komandası səfərdən 3 xalla dönməyi bacarıb. Millimizin forvardı görüşün 65-ci dəqiqəsində meydana əvəzetmədən qoşulub.
Beləliklə, son dörd oyunda qələbəyə həsrət qalan lublinlilər "Qurnik"lə görüşdə qələbəsizlik seriyasına son qoyub. Qeyd edək ki, "Motor" keçirdiyi 6 oyundan sonra 8 xalla 8-ci pillədə qərarlaşıb.