EN

Rusiya Zaporojyeni vurdu: Ölənlərin sayı artdı

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinə hücumları nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukraynanın regional hərbi administrasiyasının rəhbəri İvan Fedorov Teleqram kanalında məlumat verib.

O qeyd edib ki, son 24 saat ərzində region ərazisinə raket və hava zərbələri endirilib, pilotsuz uçuş aparatları və reaktiv yaylım atəş sistemlərindən istifadə edilib:

“Yaşayış binalarına, yardımçı tikililərə, avtomobillərə və infrastruktur obyektlərinə ziyan dəyib”.

Xəbər 4 dəfə oxunub.
Chosen
35
11
xezernews.az

10Sources