Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Yəməndə üsyançı "Ənsar Allah" hərəkatının yaratdığı hökumətin azı 10 üzvü İsrailin Sənaya endirdiyi zərbələr nəticəsində öldürülüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, husilər Yəmənin üsyançı baş nazirinin və digər nazirlərin ölümünü təsdiqləyiblər.
Məlumata görə, hökumət başçısı ilə birgə ölənlər baş nazirin müavini Cəlal ər-Ruveyşan, xarici işlər naziri Camal Amer, informasiya naziri Haşim Şərafəddin, yerli idarəetmə naziri Məhəmməd əl-Mədəni, iqtisadiyyat naziri Muin əl-Mahakri, ədliyyə naziri Mücahid Əhməd, nəqliyyat naziri Məhəmməd Kahim, əmək naziri Samir Bacala, təhsil naziri Həsən əl-Səadi və idman naziri Məhəmməd əl-Mövluddur.
Qeyd edək ki, ölən baş nazirin yerinə onun birinci müavini Məhəmməd Miftah keçib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.