Sabunçu rayonu, Yavər Əliyev küçəsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat yayıb.
Xəsarətlə nəticələn qəza səbəbindən Bakıxanov qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Polis əməkdaşları tərəfindən yolda zəruri tədbirlər görülür.