ABŞ Dövlət Departamenti Ukraynaya 3000-dən çox ERAM qanadlı raket və müvafiq avadanlıqların satışına icazə verib.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlıq Agentliyinin bəyanatında deyilir.
Açıqlamada bildirilir ki, Ukrayna 3350-yə qədər Uzaq Menzilli Hücum Sursatları (ERAM) raketləri və eyni sayda GPS və INS naviqasiya sistemləri çatdırılacaq.
Çatdırılma paketinə həmçinin konteynerlərdəki raketlər, onların asılması üçün dirəklər, komponentlər, köməkçi avadanlıqlar, ehtiyat hissələri, istehlak materialları, həmçinin texniki xidmət və təmir xidmətləri, kadr hazırlığı proqramları, mühəndislik və maddi-texniki təminat daxildir.
Alışın ümumi dəyəri 825 milyon dollar qiymətləndirilir.
“Təklif olunan satış Ukraynanın özünümüdafiə və regional təhlükəsizlik missiyalarını yerinə yetirmək üçün əlavə vasitələrlə təchiz etməklə, cari və gələcək təhdidlərə qarşı müqavimət göstərmək gücünü artıracaq”, - departamentin bəyanatında deyilir.
Elcan
Missiya.Az