EN

Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır - Kamaləddin Qafarov

Bakı.Trend:

“Ölkə Prezidenti cənab İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalınaverdiyi müsahibəsində bir daha açıq mətnlə bəyan etdi ki, avqustun8-də Vaşinqtonda imzalanmış sənədlər, əldə olunan razılaşmalarAzərbaycan ilə Ermənistan arasında qarşıdurmanın və gərginliyinsonu, bütün Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasıdeməkdir. Diqqətəlayiq haldır ki, Ağ Evdə paraflanmış sülhsazişinin mətni də Ermənistan–Azərbaycan münasibətlərinindövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə məhzAzərbaycanın baxışına əsaslanır.” Bu sözləri mətbuata verdiyiaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Onun fikrincə, rəsmi İrəvan ölkə rəhbərliyi tərəfindənimzalanmış sənədlərin icrasından imtina edərsə, bu, Ermənistan üçünçox pis nəticələrə gətirib çıxara biləcək tarixi səhv olar:“Azərbaycan 2020-ci ildə öz legitim hüququndan istifadə edərəkapardığı 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğala sonqoydu, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdi.Bu reallıq hazırda qlobal miqyasda bütün dünyada tanınıb və qəbuledilib. Bu o deməkdir ki, istənilən halda Azərbaycan-Ermənistanmünaqişəsi başa çatıb. Sülh sazişinin imzalanması isə faktikiolaraq bu vəziyyətin rəsmiləşdirilməsi və regionda yeni, quruculuqvə inkişafı ehtiva edən dövrün başlanması üçün lazımdır. Məhz bunagörə Azərbaycan müharibədən dərhal sonra Ermənistanla sülhprosesinə başlamağı təklif etdi və danışıqlar formatınıntəşəbbüskarı oldu. Məhz Azərbaycan sülh sazişinin layihəsini təqdimetdi. Dövlətimizin başçısının müsahibəsində qeyd olunduğu kimi, birneçə il davam edən edən danışıqlar nəhayət, Vaşinqtonda ABŞPrezidentinin və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bugün formal olaraq sülh sazişinin imzalanmamasının yeganə əsassəbəbi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünühələ də şübhə altına alan müddəanın mövcudluğudur. Sülh sazişininparaflanması ilə Ermənistan həmin müddəaya dəyişiklik edəcəyinədair öhdəlik götürmüş olub. Bu prosesi təkcə ABŞ deyil, bütünbeynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb dünyası dadəstəkləyib. Sülh sazişinin imzalanması həm Cənubi Qafqaz regionu,həm də daha geniş mənada Avrasiya məkanı ölkələri üçün tamamiləyeni imkanlar açır. Bundan sonra Ermənistanın geri addım atacağıəlbəttə ki, inandırıcı görünmür. Lakin bu baş verərsə, nəticələrErmənistanın özü üçün çox pis ola bilər. İlk növbədə bu, Ermənistanilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Eynizamanda da, cənab Prezidentin dediyi kimi, razılaşmanı pozmaq bütündünyaya qarşı çıxmaq deməkdir və rəsmi İrəvan bundan ancaq zərərgörə bilər. Vaşinqtonda imzalanan sənəd isə Ermənistan üçün sülhəvə sabit inkişafa yeganə zəmanətdir.”

Kamaləddin Qafarov Suriya-İsrail münasibətləri ilə bağlı cənabPrezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətinivurğulayaraq deyib: “Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu,qlobal proseslərə təsir imkanlarının artması təbii ki, beynəlxalqictimaiyyətin diqqətindən yayınmır. Azərbaycanın Suriya ilə İsrailarasında normallaşmanın əldə olunması prosesində oynadığı rola dair“Əl-Ərəbiyyə” müxbirinin verdiyi suallar da bunu bir daha təsdiqedir. Məlumdur ki, bu iki ölkənin rəsmiləri arasında danışıqlarməhz Azərbaycanın vasitəçiliyi ilə baş tutdu. Hər zaman ölkəmizinsülhsevər mövqelərdən çıxış etdiyini vurğulayan cənab Prezidentİlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan öz ətrafında sülhünolmasını istəyir. Dövlətimizin də məqsədi yalnız normallaşmaprosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırıla bilənvəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Suriyanın birliyi vəərazi bütövlüyü hər hansı münasibətlər üçün bir nömrəli ilkinşərtdir. Azərbaycan uzun illər ərazi bütövlüyünün pozulmasındanəziyyət çəkən bir ölkə olaraq bütün ölkələrin ərazi bütövlüyünüdəstəkləyir. Beləliklə, Prezident İlham Əliyevin uğurlu xaricisiyasətinin şaxələndirilmiş istiqamətləri Azərbaycana qlobalhadisələrin mərkəzində olmaq və onların gedişini bəzi həllediciməqamlarda düzgün istiqamətləndirmək imkanları verir”.

Chosen
79
12
az.trend.az

10Sources