Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Onun fikrincə, rəsmi İrəvan ölkə rəhbərliyi tərəfindən imzalanmış sənədlərin icrasından imtina edərsə, bu, Ermənistan üçün çox pis nəticələrə gətirib çıxara biləcək tarixi səhv olar: “Azərbaycan 2020-ci ildə öz legitim hüququndan istifadə edərək apardığı 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoydu, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdi. Bu reallıq hazırda qlobal miqyasda bütün dünyada tanınıb və qəbul edilib. Bu o deməkdir ki, istənilən halda Azərbaycan-Ermənistan münaqişəsi başa çatıb. Sülh sazişinin imzalanması isə faktiki olaraq bu vəziyyətin rəsmiləşdirilməsi və regionda yeni, quruculuq və inkişafı ehtiva edən dövrün başlanması üçün lazımdır. Məhz buna görə Azərbaycan müharibədən dərhal sonra Ermənistanla sülh prosesinə başlamağı təklif etdi və danışıqlar formatının təşəbbüskarı oldu. Məhz Azərbaycan sülh sazişinin layihəsini təqdim etdi. Dövlətimizin başçısının müsahibəsində qeyd olunduğu kimi, bir neçə il davam edən edən danışıqlar nəhayət, Vaşinqtonda ABŞ Prezidentinin və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu gün formal olaraq sülh sazişinin imzalanmamasının yeganə əsas səbəbi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəanın mövcudluğudur. Sülh sazişinin paraflanması ilə Ermənistan həmin müddəaya dəyişiklik edəcəyinə dair öhdəlik götürmüş olub. Bu prosesi təkcə ABŞ deyil, bütün beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb dünyası da dəstəkləyib. Sülh sazişinin imzalanması həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Avrasiya məkanı ölkələri üçün tamamilə yeni imkanlar açır. Bundan sonra Ermənistanın geri addım atacağı əlbəttə ki, inandırıcı görünmür. Lakin bu baş verərsə, nəticələr Ermənistanın özü üçün çox pis ola bilər. İlk növbədə bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Eyni zamanda da, cənab Prezidentin dediyi kimi, razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir və rəsmi İrəvan bundan ancaq zərər görə bilər. Vaşinqtonda imzalanan sənəd isə Ermənistan üçün sülhə və sabit inkişafa yeganə zəmanətdir.”
10Sources
-
az.trend.azAzərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır - Kamaləddin Qafarov ( 20809396)
-
day.azAzərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır - Kamaləddin Qafarov ( 20809321)
-
ikisahil.azKamaləddin Qafarov: Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır ( 20808940)
-
milli.azKamaləddin Qafarov: “Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır” ( 20808832)
-
moderator.az“Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır” - Kamaləddin Qafarov ( 20808031)
-
manset.az“Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır” ( 20806948)
-
veteninfo.azKamaləddin Qafarov: “Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır” ( 20806912)
-
1news.azKamaləddin Qafarov: “Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır” ( 20806408)
-
demokrat.azKamaləddin Qafarov: “Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır” ( 20806384)
-
yenisabah.az“Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır” ( 20806207)