EN

Rusiya Ukrayna müharibəsinə nə qədər xərcləyir? Hesablandı

ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya Beynəlxalq Təhlükəsizlik Araşdırmaları İnstitutunun elmi işçisi Janis Klüge 2025-ci ilin birinci yarısı üçün Rusiya büdcəsinin hərbi xərclərini hesablayıb.

Yenisabah.az The Moscow Times-a istinadla xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin məlumatlarına əsaslanan hesablamalara görə, yeni mütləq rekorda imza atılıb - 8,484 trilyon rubl.

Ötən ilin eyni dövrü ilə müqayisədə orduya və silah istehsalına xərclər 31% çoxalıb. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə - 95%, müharibənin birinci ili ilə müqayisədə isə Kluge-nin hesablamalarına görə 3 dəfə. Sezar pizza

Hərbi xərclərinin payı da rekordu yenidən yazıb: keçən il bu, 35%, bu il isə birinci rübdə 41,2%, ikincinin sonunda isə 39,8% təşkil edib.

Büdcə gəlirlərinin 50,1%-i yanvar-mart, 48,2%-i isə iyunun sonuna kimi müharibəyə yönəldilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
1
yenisabah.az

2Sources