EN

Özgür Özel barəsində istintaq başladıldı

Ankara Cumhuriyyət Baş Prokurorluğu CHP-nin sədri Özgür Özel barəsində İstanbul Cumhuriyyət Baş Prokuroru Akın Gürlekə yönəlik söylədiyi sözlərə görə istintaqa başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TRT Haber məlumat yayıb.

Bildirlib ki, Baş Prokurorluq Özelin partiyasının İstanbulun Beyoğlu rayonunda keçirdiyi mitinqdə Gürlek haqqında işlətdiyi ifadələrdən sonra hərəkətə keçib.

Baş Prokurorluq tərəfindən Özgür Özel barəsində “ictimai vəzifəli şəxsə təhqir” və “təhdid” maddələri üzrə öz təşəbbüsü ilə cinayət işi açılıb.

Chosen
5
operativmm.az

1Sources