Xəbər verdiyimiz kimi, Azərbaycanda ictimai nəqliyyatda, xüsusilə də marşrut avtobuslarında gediş haqqının 1 manata qədər artırılacağı barədə məlumatlar yayılıb.
Pravda.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu barədə Tarif Şurasına müraciət edib-etmədiyini öyrənmək üçün sorğu ünvanlayıb.
AYNA tərəfindən sorğumuza heç bir mövqe bildirilməyib. Bu susqunluq, vaxtında verilməyən rəsmi açıqlama sosial şəbəkələrdə şayiələrin yayılmasına şərait yaradır.
Aytəkin Qardaşova
Tarix: 28 Avqust 2025, 13:52