EN

Elvin Cəfərquliyev: “İkinci dəfə tarix yazıldı”

style='margin-bottom:10px;'>

“İlk növbədə bütün futbolsevərləri, Azərbaycan xalqını təbrik edirəm. Mənim üçün də xoş oldu. Çox xoşbəxtəm. İkinci dəfə tarix yazıldı. Baxmayaraq ki, Avroliqanın 1/8 final mərhələsində oynamışıq. Mən Çempionlar Liqasında oynamamışdım. Ona görə də çox sevinirəm”. 

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmalarını şərh edərkən deyib. 

O, 90 dəqiqə boyunca dayanmadan komandaya dəstək olan fanatlara təşəkkürlərini bildirib: “Azarkeşlərə sonsuz təşəkkürümü çatdırıram. Bəlkə də onlar olmasaydı, biz bu qədər yaxşı çıxış edə bilməzdik”. 

“Ferensvaroş” üçüncü qolu vurduqdan sonra matçın qalan dəqiqələrindəki gərginliyi Cəfərquliyev belə təsvir edib: “Həmin anlarda fikrimiz yalnız oyunda idi. Belədə sadəcə epizodları fikirləşirsən. Çox təhlükəli anlar idi. Çünki rəqib bir qol da vursaydı, qarşılaşma əlavə vaxta gedəcəkdi. Ona görə də bizim üçün çox çətin oldu. Şükürlər olsun ki, sona qədər lazım olan nəticəni qoruduq və Liqa mərhələsinə adladıq”. 

25 yaşlı futbolçu “Liqa mərhələsində hansı rəqiblə qarşılaşmaq istərdin?” sualını qısaca belə cavablandırıb: “Barselona” ilə”. 

Chosen
3
teleqraf.com

1Sources