EN

Prezident: Minsk qrupunun ləğv edilməsi ilə bağlı birgə müraciət sülh prosesində atılan mühüm addımdır

Vaşinqtonda əldə olunan nəticələr tarixi əhəmiyyət kəsb edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbulu zamanı deyib.

Dövlət başçısı bu prosesdə Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Vaşinqton bəyannaməsi, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistanın birgə müraciəti sülh prosesində atılan mühüm addımlardır.

Chosen
30
5
operativmm.az

10Sources