EN

Avropada təbii qazın ucuzlaşması davam edir

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 390 ABŞ dollarından aşağı enib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 28 avqust tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə sentyabr fyuçerslərinin qiyməti 385,8 dollar təşkil edib, bu da əvvəlki hesablama qiyməti (390,4 dollar) ilə müqayisədə 1,2% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Chosen
108
43
operativmm.az

10Sources